
IPMA ICB4 yanaşması layihələrdə yalnız texniki bilikləri deyil, insanlarla işləmək, komandanı düzgün yönləndirmək və effektiv əməkdaşlıq qurmaq bacarıqlarını da ön plana çıxarır. Bu kurs müddətində liderlik, motivasiya, komanda idarəçiliyi və kommunikasiya kompetensiyalarını inkişaf etdirərək layihələrdə insan resurslarının rolunu daha praktik şəkildə öyrənəcəksiniz. Təlim zamanı IPMA-nın People, Practice və Perspective kompetensiya sahələri üzrə yanaşmalar real iş mühiti və praktiki nümunələr üzərindən izah ediləcək. Məqsəd yalnız sertifikasiyaya hazırlıq deyil, layihələrdə insan faktorunu daha düzgün idarə etmə bacarığı formalaşdırmaqdır.


















